Arqon

Oxygen

Arqon simvolu Ar, atom nömrəsi 18 olan kimyəvi elementdir. O, dövri cədvəlin 18-ci qrupundadır və təsirsiz qazdır. Arqon 0.93%-lə Yer kürəsinin atmosferində 3-cü ən geniş yayılmış qazdır (9,300 ppm), bu isə onun növbəti ən geniş yayılmış atmosfer qazı karbon dioksiddən (390 ppm) təxminən 23.8 dəfə, növbəti ən geniş yayılmış təsirsiz qaz neondan (18 ppm) isə 500 dəfə çox olmasına səbəb olub. Arqonun demək olar hamısı yer qabığında mövcud olan kalium-40 –ın parçalanmasından yaranan radioaktiv arqon-40-dır. Kainatda arqon-36 digərlərinə nəzərən ən geniş yayılmış və supernovalarda ulduz nukleosintezlərinin ən çox yaratdığı arqon izotopudur.
Arqonun xüsusi işlərin icrasında istifadə olunmasının müxtəlif səbəbləri mövcuddur:
© Təsirsiz qaza ehtiyac yarandıqda, xüsusilə də, azot kifayət qədər təsirsiz olmadıqda arqon ən sərfəli alternativdir.
© Aşağı istilik keçirmə tələb olunduqda.
© Elektron göstəricilər (ionlaşma və/və ya emissiya spektri) önəmli olduqda.
Digər təsirsiz qazları da bu kimi sahələrdə istifadə etmək mümkündür, lakin arqon onların ən ucuzudur. Arqon bahalı deyil, çünki o, havada təbii şəkildə mövcuddur və maye oksigenin və maye azotun istehsalında kriogen hava ayrılmalarının əlavə məhsulu kimi asanlıqla əldə edilir: havanın əsas komponentləri geniş sənaye sahələrində istifadə olunur. Digər təsirsiz qazlar da (heliumdan başqa) bu yolla istehsal olunur, lakin arqon onlar içərisində ən məhsuldarıdır. Arqonun tətbiq sahələrinin miqyası xeyli artır, çünki o təsirsizdir və nisbətən ucuzdur.
Arqon yüksək temperaturlu bəzi sənaye proseslərində istifadə olunur. Karbon qazından qida sənayesi və neft sənayesində istifadə olunur. Karbon qazının köməyi ilə kimyəvi reaktiv maddələr reaktiv maddələrə çevrilir. Məsələn, arqon atmosferi qrafit elektrik sobalarında qrafitin yanmasının qarşısını almaq üçün istifadə olunur.
Bu proseslərin bir neçəsi üçün azot və oksigen qazlarının mövcud olması materialın daxilində qüsurlara səbəb ola bilər. Arqon qaz metal və qaz volframı kimi elektrik qövs qaynağı üsulunun fərqli növlərində, həmçinin titan və digər reaktiv elementlərin emalında istifadə olunur. Arqon atmosferi, həmçinin, silisium və germaniumun inkişaf edən kristalları ilə bağlı da istifadə olunur.
Arqondan quşçuluq sənayesində xəstəliklərin yayılmasından sonra kütləvi təmizlənmə və ya elektrik vannası ilə müqayisədə daha insaflı məhv etmə üsulu kimi istifadə olunur. Arqonun nisbətən yüksək sıxlığı qazlaşdırma dövründə onun dozanı müvafiq şəkildə saxlamasına səbəb olur. Onun qeyri-reaktiv təbiəti ərzaq məhsullarında istifadə edilməsi üçün əlverişlidir və ölü quşun daxilində oksigeni əvəz etdiyi üçün arqon istifadə müddətini də artırır.
Arqon bəzən avadanlıqlara zərər dəyməsinin qarşısını almaq üçün yanğının söndürülməsində də istifadə olunur.

©2020