Haqqımızda

RealQaz MMC 15 ildən artıqdır ki, Azərbaycanın qaz satışı bazarında fəaliyyət göstərir. Şirkət sənaye, texniki, tibbi və xüsusi qazların, eləcə də qarışıq qazların satışı və xidməti ilə məşğul olur. Biz özəl zavodumuzda istehsal etdiyimiz və satışa çıxardığımız bütün qazları şəxsi laboratoriyamız vasitəsilə təhlil edirik.

Yüksək məhsuldarlılıq səviyyəsi və inteqrallaşmış satış şəbəkəsinə malik olan RealQaz MMC Azərbaycanın istənilən nöqtəsinə operativ çatdırılma həyata keçirməklə daim müştərilərin xidmətindədir.

Bizim Tiflisdəki ofisimiz Gürcüstanın neft-qaz və tikinti sahələrində fəaliyyət göstərən şirkətlərinə sənaye qazlarının təchizatını həyata keçirir.

Sənaye qazları neft və qaz sənayesi, neft-kimya məhsulları, kimyəvi maddələr, enerji, polad tökmə istehsalı, metallurgiya sənayesində və ətraf mühitin mühafizəsi sahəsində istehsal olunan qazlar sinfinə daxildir. Həmin qazların hasilatı daha geniş kimya sənayesinin bir hissəsidir (burada sənaye qazları adətən "xüsusi kimyəvi maddələr" kimi nəzərdə tutulur).

Qaz balonlarında geniş həcmli qaz və qarışıqların mövcud olmasına baxmayaraq təmin olunmuş ən mühüm qazlar azot, oksigen, karbon dioksid, arqon, hidrogen, helium və asetilen hesab olunur. Bu qazların istehsalı ilə məşğul olan Qaz Sənayesi həmçinin qazların istehsalı və istifadəsi üçün avadanlıq və texnika ilə təchiz edir.

RealQaz-ın balonların hidrostatik sınaqdan keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyindən rəsmi icazəsi vardır. Şirkət təhvil aktı ilə bərabər təhlükəsizlik məqsədilə oksigen, azot və arqon silindrlərinin hidastik sınaqdan keçirilməsi ilə bağlı qərarları qəbul edir.

RealQaz korporativ müştəriləri yüksək keyfiyyətli məhsul və xidmətlərlə təmin etmək üçün öz fəaliyyət sahəsində ən yüksək beynəlxalq standartlara cavab verir. Bir sıra şirkətlər həyata keçirilən xidmətlər və hazırlanan məhsulların keyfiyyətini nəzərə alaraq məhz sənaye qazları təchizatçısı kimi RealQaz şirkətinə üstünlük verirlər.

RealQaz 7 Dekabr 2005-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatının (İnternational Organization for Standardization, ISO) 9001:2000 sertifikatı ilə təltif olunub. Şirkət o cümlədən OHSAS 18001 Sertifikatı ilə də təltif olunub. Sertifikat qaz avadanlıqlarının satış xidmətlərinin təchizatı və sənaye qazının istehsalı və paylanması üzrə etibarlı hesab olunur. Daxili İdarəetmə Sistemini və müştərilərimiz üçün həyata keçirilən xidmətləri təkmilləşdirmək məqsədilə RealQaz beynəlxalq standartlara cavab verən İnteqrallaşmış İdarəetmə Sistemini tətbiq etməyə başlayıb. RealQaz ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007-ın beynəlxalq standartlarına cavab verərək Daxili İdarəetmə Sistemini həyata keçirir. Nəticə etibarilə şirkət həmin standartlara tam uyğun gəldiyi üçün serifikatlarla təmin olunub.

22 may 2006-cı ildə Madriddə keçirilən 95 ölkədən “Ticarət Liderləri Klubu”-nun 7000 üzvü arasındakı səsvermənin nəticəsi olaraq RealQaz “İnkişaf Trayektoriyası və Biznesin Təkmilləşdirilməsində Ən Yaxşı Ticarət Adı”na (Yeni Minillik Mükafat)-Beynəlxalq Mükafata layiq görülüb. 2007-ci ildə isə MMC “Ən Yaxşı Biznes Mükafatları” layihəsində BP Müəssisələr Mərkəzi tərəfindən təltif olunub. Həmçinin şirkət 20 dekabr 2008-ci ildə İsçevrənin Cenevrə şəhərində məhsulların və göstərilən xidmətlərin keyfiyyət və üstünlüyü işində korporativ nailliyyətin əldə edilməsi və onun tanınmasında müstəsna xidməti olan müəssisə olaraq “Keyfiyyət və Üstünlük üzrə Əzəmətli Beş Qitə Mükafatı” ilə təltif olunub. 2014 –cü il Beynəlxalq Xəzər Neft və Qaz sərgisi çərçivəsində BP-nin təşkil etdiyi “Alıcı ilə tanış ol” tədbirində RealQaz “Ən yaxşı SƏTƏM göstəricisinə görə” BP tərəfindən təltif olunub.

Qeyd edək ki, RealQaz Əmtəə Nişanı 22 iyun tarixində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınıb.

Xidmətlərimiz

Qaz stellajlarının təchizatı

Bizim quruda və suda qaz kollektorlarından istifadə edərək və ya etmədən 40 və 50 litr tutumlu, 150, 200 və 300 barlıq 12, 16, 48 və 64-lük silindrlər saxlaya biləyən qaz stellajlarımız var. DNV 2.7.1 standartına cavab verən və spesifik olaraq bizim şirkət üçün hazırlanmış stellaj tərtibatlaşdırma modelinə uyğun olan bütün stellajlar zavodumuzda istehsal olunur. Bizim stellajlarımız ildə bir dəfə qaldırılması məqsədilə sınaqdan keçirilir və sertifikatlaşdırılır. Şirkətimiz oksigen, arqon və arqon qaz qarışıqları, azot, karbon dioksid, propan, asetilen və helium qazları üçün stellajlar təchiz edir. Stellajlar icarə əsasında tədarük olunur və həmçinin satış üçün təmin oluna bilər.

Qaz silindrləri ilə iş

Şirkətimizin istifadəsinə 5 illik zəmanət verilən qaz silindrlərinin hidrostatik sınaqdan keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən rəsmi icazəsi vardır. Sınaq nəticələri olaraq, biz istehsal etdiyimiz bütün silindrlər, eləcə də müştərilərimizin sifarişlərinə əsasən malik olduqları silindrlər üzrə müvafiq sertifikatla təmin edirik. Kodlaşdırılmış rənglərə müvafiq olaraq silindrlərin rənglənməsini, ventillərin dəyişdirilməsini,eləcə də təmir və bərpa işlərini icra edirik. Qazlar sınaqdan keçirilmiş silindrlərdə yerləşdirilir, silindr və qazlar müvafiq olaraq sertifikatlaşdırılır.

Nəql edilməsi

Bizim şirkət olaraq təhlükəli qazların daşınması üzrə lisenziyamız var və müştərilərimizin tələblərinə əsasən qaz silindrlərinin müvafiq yerlərə çatdırılması işini həyata keçiririk. Eləcə də biz yerli dövlət təşkilatları və müştərilərimizin tələblərinə əsasən təhlükəli malların daşınması üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitələri ilə təmin olunmuşuq. Maye azot, maye oksigen və maye arqonun daşınmasında 14m3 tutuma malik xüsusi sisternli maşınlardan istifadə edirik.

Silindr tullantılarından istifadə

Yerlərdən hər hansı növ silindr tullantısını toplayaraq yenidən istifadəsini həyata keçiririk. Qaz silindləri, yanğınsöndürən qurğular, agent soyuducular üçün silindrlərin istifadəsi ilə bağlı sifarişlər qəbul edirik. Ventillər söküldüyü, silindrlər tamamilə boşaldığı və yenidən emal zamanı sıradan çıxdığı təqdirdə onlar müştəriyə qaytarıla və ya metal tullantıları olan əraziyə aparıla bilər.

Fəaliyyətimiz

RealQaz MMC tərəfindən göstərilən xidmətlərin əhatə dairəsi aşağıdakı kimidir:

  • Qazların təchizatı

    Arqon/maye arqon (Ar)/arqon qaz qarışığı, karbon dioksid/maye karbon dioksid (CO2), azot/maye azot (N2), oksigen/maye oksigen(O2), helium (He), sıxılmış hava, hidrogen (H2), propan (C3H8), asetilen (C2H2) tipli sıxılmış, maye halında olan və həcmli qazların, eləcə də kalibrləmə qazları və digərlərinin təchizatı

  • Polad qaz balonlarının istehsalı

    Azərbaycanda ilk dəfə olaraq yüksək təzyiqli (200 bar və 300 bar) tikişsiz polad qaz balonlarının istehsalçısıdır

    Daha ətraflı məlumat: Vitkovice Cylinders

  • Qaz balonlarının təchizatı və satışı

    * Tutum göstəricisi: 10-50 litr

    * İşçi təyiqi: 150 bar, 200 bar, 230 bar, 300 bar

  • Balonlar ilə istifadə

    * Yoxlama

    * Hidrostatik sınaq

    * Bərpa işləri

    * Təmir edilməsi

    * Rənglənməsi

    * Sertifikatlaşdırılması

  • Qaz aksesuarlarının satışı

    * Qaz reduktorları

    * Qaz şlanqları

    * Boru birləşdirici hissələr (fittinqlər)

    * Qaz ventilləri

    * Qaynaq aksessuarları

  • Digərləri

    * Təhlükəli malların nəql edilməsi

    * Tulantı balonlarının utilizasiyası

    * Quru buzun təchizatı

    * Soyuducu agentlərin təchizatı

  • Quraşdırma

    * Qaz balonları üçün xüsusi çərçivələrin hazırlanması və təchizatı

    * Manifold sistemlərinin tərtibatı, quraşdırılması, yoxlanılması və istifadəyə verilməsi